İsrail fələstinli məhbusları azad etməyə başlayıb

14:20, 13.10.2025

 

İsrail fələstinli məhbusları azad etməyə başlayıb. “BBC”nin məlumatına əsasən, 38 avtobus artıq Qəzzanın sərhədini keçib.

Razılaşma çərçivəsində, İsrail terrorizmdə ittiham olunan ümumilikdə 250 fələstinli məhbusu azad etməlidir, onlardan 135-i xaricə deportasiya ediləcək, 14-ü isə Şərqi Yerusəlimə evə dönəcək. Qalan 100-ə yaxın şəxs isə məhz Ramallaha gedən avtobuslardadır.

Məhbuslardan başqa, İsrail həmçinin Qəzzada saxlanılan 22-si uşaq olmaqla 1700-ə yaxın insanı azad etməlidir. Razılaşma çərçivəsində İsrail 2023-cü ilin oktyabrın 7-də “HƏMAS” tərəfindən qaçırılan 20 girovu artıq geri qaytarıb. Dünyasını dəyişmiş insanların cəsədlərinin təhvil verilməsi prosesi isə daha sonra baş tutacaq.

Oxşar