İsrail fələstinli məhbusları azad edib

22:53, 30.01.2025

 
Qəzza sektorunun cənub hissəsində Xan Yunisdə inkişaf etmiş xaotik hadisələrə görə prosesin dayandırılmasından sonra İsrail fələstinli məhbusları azad edib.

Xan Yunisdə girovların təhvil verilməsi zamanı əraziyə çox sayda insan toplaşmışdı, bu da xaosa səbəb oldu və məhbusları daşıyan avtobuslara geri, həbsxanalara qayıtmaq əmri verildi. İzdiham arasında 80 yaşlı israilli girovun görünməsindən sonra hadisələr xüsusilə gərginləşdi.

Eyni zamanda, İsrail tərəfdən girovların koordinatoru ölkəsinin atəşkəs razılaşmasının ikinci mərhələsinə hazırlaşdığını bildirib. Qal Hirş qeyd edib ki, İsrail bütün girovları evlərinə qaytarmaqda qəti qərarlıdır.

“Biz indi razılaşmanın ikinci mərhələsinə başlamaq üçün danışıqları davam etdirməyə hazırlaşırıq” – Hirş bildirib.

Xatırladaq ki, yayılmış məlumata əsasən, ikinci mərhələ çərçivəsində qalan girovların azad edilməsi, İsrail qoşunlarının Qəzzadan tam çıxarılması və “davamlı sülhün bərpası”nı əhatə etməli olan danışıqlar aparılacaq. Bu mərhələ 16-cı gündə başlamalıdır; Üçüncü və son mərhələ Qəzzanın illər çəkə biləcək yenidən qurulmasını, eləcə də qalan girovların cəsədlərinin qaytarılmasını nəzərdə tutur.

Oxşar