İsrail Beyruta hücum həyata keçirib
İsrail Beyruta hücum həyata keçirib.
“BBC”nin yazdığı kimi, şəhərin cənubunda bir neçə partlayış səsi eşidilib. Həmçinin, güclü partlayışın video görüntüləri də yayılır.
Partlayışların baş verdiyi yerin həm də Beyrutda yerləşən hava limanına yaxın olması məlumdur. Son günlər hava limanına bitişik ərazi bir neçə dəfə İsrailin hava hücumlarının hədəfinə çevrilib.
Xatırladaq ki, hücum başlamazdan bir saat əvvəl İsrail Beyrutun cənubunda əhalinin təxliyyəsi haqda əmr verdi.