İsrail Baş nazirinin ofisi – İsrail beynəlxalq agentliklərlə, eləcə də ABŞ və Avropa ilə əməkdaşlığı davam etdirəcək ki, Qəzzaya böyük həcmdə humanitar yardım daxil olsun
İsrail Baş nazirinin ofisi – İsrail beynəlxalq agentliklərlə, eləcə də ABŞ və Avropa ilə əməkdaşlığı davam etdirəcək ki, Qəzzaya böyük həcmdə humanitar yardım daxil olsun

İsrailin Baş naziri Benyamin Netanyahu-nun ofisinin yaydığı bəyanata görə, İsrail beynəlxalq agentliklərlə, ABŞ-la və Avropa ölkələri ilə birgə işləməyə davam edəcək ki, Qəzza zolağına kifayət qədər humanitar yardımın daxil olmasına əmin olsun.

Bəyanatda vurğulanır ki, “Həmas” Qəzzada yaşayan insanlara çatdırılması nəzərdə tutulan yardımları mənimsəyir.

“Qəzzadakı vəziyyətin çətin olmasına və İsrailin yardım çatdırılmasını təmin etmək üçün çalışmasına baxmayaraq, ‘Həmas’ humanitar böhranı daha da dərinləşdirməyə çalışaraq bundan fayda əldə edir. Biz, hər zaman olduğu kimi, məsuliyyətli şəkildə hərəkət etməyə davam edəcəyik və həm girovlarımızın geri qaytarılması, həm də ‘Həmas’ın məğlub edilməsi istiqamətində səylərimizi davam etdirəcəyik. Bu, həm israillilər, həm də fələstinlilər üçün sülhün təmin olunmasının yeganə yoludur”, – deyə bəyanatda bildirilir.