İsrail aviasiyası tərəfindən həyata keçirilən hücümdan sonra, Hamas atəşkəs üçün hazır olduğunu bildirdi
Radikal sünnilərin təşkilatı “Hamas”, hansı ki, 2007-ci ildən Ğazza sektorunu nəzarət edir və İsraili yox etməklə təhdid edir, atəşkəs üçün hazır olduğunu bildirdi.
Bu qərarı “Hamas” İsrail aviasiyası tərəfindən onun hərbi bazalarının bombalanmasından sonra verdi.
“Hamasın” mətbuat katibi Fauzi Barxum “Tvitter” sosiyal şəbəkəsində yazdı ki, “Hamas” BMT və Misir iqtidarının mediatorluğu ilə, İsrail ilə atəşkəs razılaşmasını imzalamağa hazırdır.
Dünən İsrail tərəfindən həyata keçirilən avia-hücüm nəticəsində Ğazza sektorunda dörd vətəndaş həlak oldu.
Son zamanlar “Hamas” döyüşçüləri israil istiqamətinə 30-a qədər raket buraxdılar və buna cavab olaraq, İsrailin Müdafiyə Nazirliyi “Hamasın” silah anbarlarını dağıdacağını bəyan etdi, ancaq buna rəğmən, “Hamasın” üzvləri İsrail əsgərini öldürdülər.
Cavab olaraq isə, İsrail Aviasiyası iyulun 20-də, gecə saatlarında Ğazza sektoruna güclü aviazərbələr endirdi.
Aviazərbələrin hədəfi “Hamasın” hərbi obyektləri idi.