İsrail Arak ağır su reaktoruna hücumu təsdiqləyir
İsrail Arak ağır su reaktoruna hücumu təsdiqləyir

 

İsrail Arak ağır su reaktoruna hücumu təsdiqləyir. Bu barədə məlumatı “BBC” yayır.

İsrail Müdafiə Qüvvələrində reaktorun nüvə silahının hazırlanmasında istifadə olunan yüksək tərkibli plutoniumun istehsalı üçün yaradıldığını bildirirlər.

“Zərbənin hədəfi reaktorun bərpa olunmasının və nüvə silahı yaratmaq üçün istifadə edilməsinin qarşısını almaq üçün plutonium istehsalı üçün nəzərdə tutulmuş komponent idi” – bəyanatda deyilir.

Müdafiə Qüvvələrinin məlumatına əsasən, İrana qarşı həyata keçirilən son hücumda 40 qırıcı təyyarə iştirak edib və onların hədəfi onlarla hərbi obyekt olub, o cümlədən ballistik raketlər, İranın hava hücumundan müdafiə sistemləri və raketlərin yığıldığı yerlər.