İsrail 37 humanitar təşkilatın Qəzzada fəaliyyətini qadağan edib.
Medianın məlumatına əsasən, qeyd olunan təşkilatlar arasında “Sərhədsiz Həkimlər” də var.
İsrailin bəyanatına əsasən, qadağa tətbiq edilməsinin səbəbi humanitar təşkilatların qeydiyyatın yeni qaydalarına əməl etməməsidir. Yeni qaydalara əsasən, “İsrailə qarşı boykota çağırış edən, 7 oktyabr hücumunu inkar edən və ya İsrail liderləri və əsgərlərinə qarşı məhkəmə işlərini dəstəkləyən” istənilən təşkilata Qəzza sektorunda fəaliyyət qadağan edilir.
Daha bir tələb isə humanitar qrupların əməkdaşlarının adlarını qeydiyyatdan keçirməsidir.
İsrailin Diaspor İşləri Nazirliyi 37 qrupun qaydalara əməl etmədiyini və fəaliyyətini dayandıracağını bildirib. Bu, Qəzzada fəaliyyət göstərən təşkilatların təxminən 15%-ni təşkil edir.