Israel Katz – “Hezbollah” atəşlə oynayır, Livan hökuməti onu dayandırmaq üçün heç nə etməsə, ölkə alova bürünəcək
“Hezbollah” atəşlə oynayır, Livan hökuməti onu dayandırmaq üçün heç nə etməsə, ölkə alova bürünəcək, – bu barədə İsrailin müdafiə naziri İsrael Katz bildirib.
İsrael Katz qeyd edib ki, “Hezbollah” lideri Naim Qasım “atəşlə oynayır”, Livan prezidenti Cozef Aun isə ölkənin gələcəyini təhlükə altına qoyur.
“Livan’da atəşkəs rejimi əgər bizim hərbçilərə atəş açılarsa, mövcud ola bilməz”, – deyə İsrailin müdafiə naziri bildirib.
Rəsmi elan edilmiş atəşkəsə baxmayaraq, İsrail və “Hezbollah” bir-birinə zərbələr endirməyə davam edir. Hər iki tərəf bir-birini razılaşmanı pozmaqda ittiham edir.
İsrailin baş naziri Benyamin Netanyahu isə İsrailin hərbi əməliyyatları davam etdirmək hüququnun olduğunu və müharibə məqsədlərinin hələ tam yerinə yetirilmədiyini bildirib.