İsrael Katsi — “Həmas” silahsızlaşdırılmalı və girovlar azad edilməlidir, əks halda Qəzza məhv ediləcək
İsrael Katsi — “Həmas” silahsızlaşdırılmalı və girovlar azad edilməlidir, əks halda Qəzza məhv ediləcək

“Həmas” silahsızlaşdırılmalı və girovlar azad edilməlidir, əks halda Qəzza məhv ediləcək, — bunu İsrailin müdafiə naziri İsrael Katsi bildirib.

Onun sözlərinə görə, Qəzza şəhərinin düşməsi “Həmas”ın da məhvinə səbəb olacaq.

“Biz “Həmas”dan yalnız iki şey istəyirik və onlar bunu könüllü şəkildə etməyəcəklər: bütün girovların azad edilməsi və silahsızlaşdırılması. Bu hücumun böyük gücü birbaşa “Həmas”ı məğlub edir və həmçinin girovların azad edilməsi üçün daha böyük imkan yaradır. Biz Qəzza üzərində nəzarəti bərpa etmək istəyirik, çünki bu gün o, “Həmas” hakimiyyətinin əsas simvoludur. Əgər bu gün Qəzza düşərsə, onlar da düşəcək”, — deyə İsrael Katsi 162-ci diviziyanın qərargahına səfəri zamanı bildirib; həmin bölmənin əsgərləri hazırda Qəzza şəhərində əməliyyat aparırlar.