İsrael Kats - Tehran sakinləri diktaturanın bədəlini ödəməyə, rejimin hədəflərinə hücumun zəruri olacağı rayonlarda öz evlərini boşaltmağa məcbur olacaqlar
Tehran sakinləri diktaturanın bədəlini ödəməyə, rejimin hədəflərinə hücumun zəruri olacağı rayonlarda öz evlərini boşaltmağa məcbur olacaqlar – bu barədə İsrailin müdafiə naziri İsrael Kats sosial şəbəkədə yazıb.
İsrael Kats Tehran sakinlərinin İranın hücumuna görə tezliklə bədəl ödəyəcəklərini qeyd etdiyi əvvəlki şərhini izah edib. O bildirib ki, İsrailin əhaliyə zərər vermək niyyəti yoxdur.
“Aydın olanı izah etmək istəyirəm: qatil diktatorun İsrail sakinlərinə qarşı etdiyi kimi, Tehran sakinlərinə fiziki zərər yetirməyimiz kimi heç bir niyyət yoxdur. Tehran sakinləri diktaturanın bədəlini ödəməyə və Tehranda rejimin hədəflərinə və təhlükəsizlik infrastrukturuna hücumun zəruri olacağı rayonlarda öz evlərini boşaltmağa məcbur olacaqlar.
Biz İsrail əhalisinin müdafiəsini davam etdirəcəyik” – İsrael Kats yazır.
Son bir gündə İranın İsrailə raket zərbələri nəticəsində 8 nəfər həyatını itirib.