İsrael Kats - Tehran gələcəyə aparan körpünü ya da təcrid və məhvə aparan uçurumu seçə bilər
İsrailin müdafiə naziri İsrael Kats İranın çətin seçim qarşısında dayandığını bildirir.
Onun sözlərinə əsasən, Tehran gələcəyə aparan körpünü ya da təcrid və məhvə aparan uçurumu seçə bilər.
“Əgər İran ikincisini seçərsə, indiyə qədər vurmadığımız hədəflərin artıq vurduğumuz hədəflərdən daha ağrılı olduğunu tez bir zamanda aşkar edəcək” – İsrael Kats qeyd edib.
“Associated Press”in məlumatına əsasən, İsrailin müdafiə naziri İsrailin Livanda “Hizbullah” qruplaşmasına qarşı hərbi əməliyyatını İranla daha geniş qarşıdurmanın bir hissəsi kimi təsvir etməyə çalışıb.