İsrael Kats - Sərhəd yaxınlığında, Livanın kəndlərində sərhəddə mövcud təhlükələrin birdəfəlik aradan qaldırılması üçün bütün evlər dağıdılacaq
Sərhəd yaxınlığında, Livanın kəndlərində sərhəddə mövcud təhlükələrin birdəfəlik aradan qaldırılması üçün Qəzzadakı Rafah və Beyt Hanun modelinə uyğun olaraq, bütün evlər dağıdılacaq – bu haqda İsrailin müdafiə naziri İsrael Kats biildirib.
İsrailin Müdafiə Nazirliyinin rəhbərinin sözlərinə əsasən, əməliyyat başa çatdıqdan sonra İsrail Müdafiə Qüvvələri Livanın daxilində təhlükəsizlik zonası yaradacaqlar və Litan çayına qədər bütün ərazi üzərində təhlükəsizlik nəzarətini qoruyub saxlayacaqlar.
İsrael Katsın bəyanatına əsasən, İsrail Şimali İsraildə yaşayan əhalinin təhlükəsizliyi təmin olunana qədər Cənubi Livanın 600 000-dən çox vətəndaşının Litan çayının cənubundakı rayonlara qayıtmasını qadağan edəcək.
İsrael Kats həmçinin qeyd edib ki, İsrail, İsrail Müdafiə Qüvvələrinin daimi iştirakı ilə Livandakı vəziyyəti dəyişdirməyə çalışacaq.