İsrael Kats: Qəzzadan fələstinlilərin kütləvi köçünü təşviq etmək planları hələ də müzakirə olunur, Donald Tramp sadəcə onları dondurub

20:29, 02.09.2026

Xüsusi Penitensiar Xidmətin baş direktoru Giorgi Pataridze İrakli Qaribaşviliyə həvəsləndirmə tədbiri kimi görüş təyin olunduğu və penitensiar müəssisədə aparılan infrastruktur işləri səbəbindən bu görüşün ləğv edildiyi barədə açıqlamanı yalan adlandırır.
Pataridzenin sözlərinə görə, məhkum Qaribaşvili müəssisənin qaydaları ilə nəzərdə tutulan görüş limitindən tam istifadə edib.
“Təəssüf ki, məhkum İrakli Qaribaşvilinin guya ləğv edilmiş görüşü ilə bağlı Penitensiar Xidmət olaraq bir daha açıqlama verməli oluruq. Xüsusilə vurğulamaq istəyirəm ki, bu, tamamilə yalandır. Çünki o, 12 saylı penitensiar müəssisənin qaydaları ilə nəzərdə tutulan görüş limitindən tam istifadə edib”, – Giorgi Pataridze bildirib.
Onun sözlərinə görə, məhkum Qaribaşvili ilə bağlı müəssisənin direktoru tərəfindən əlavə görüşlə həvəsləndirmə barədə heç bir hüquqi akt da qəbul edilməyib. Buna görə də görüş nə təyin olunub, nə də ləğv edilib.
“Burada onu da izah edim ki, müəssisə direktorunun məhkumun görüşlə həvəsləndirilməsi ilə bağlı müvafiq hüquqi akt qəbul etmək hüququ var. Lakin bu halda belə bir akt qəbul edilməyib və buna görə də görüşün təyin olunması da mümkün deyildi”, – Giorgi Pataridze bildirib.
Giorgi Pataridze hər kəsi yanlış məlumat yaymaqdan çəkinməyə çağırıb.
Xatırladaq ki, Gürcüstanın xalq müdafiəçisi Levan İoseliani Gürcüstanın keçmiş baş naziri İrakli Qaribaşviliyə penitensiar müəssisədə baş çəkib. İoseliani penitensiar müəssisəni tərk etdikdən sonra jurnalistlərə bildirib ki, İrakli Qaribaşvilinin həbsxanadakı şəraiti ilə tanış olub və onun səhhəti, qidalanması və görüşləri ilə bağlı məsələləri müzakirə edib.
Levan İoselianinin sözlərinə görə, İrakli Qaribaşvili həbsxana şəraiti və administrasiyanın ona münasibəti ilə bağlı heç bir narazılıq bildirməyib. İoseliani bildirib ki, İrakli Qaribaşvili ona həvəsləndirmə tədbiri kimi uzunmüddətli görüşün razılaşdırıldığını, lakin sonradan ləğv edildiyini deyib.

Oxşar