İsrael Kats - İsrail Qəzza sektorunun şimalında yaşayış məntəqələrini uyğun vaxtda yaradacaq
İsrail Qəzza sektorunun şimalında yaşayış məntəqələrini uyğun vaxtda yaradacaq – bu haqda İsrailin müdafiə naziri İsrael Kats bildirib.
İsrael Kats İordan çayının qərb sahilində Beyt El yaşayış məntəqəsində 1200 yeni yəhudi evinin salınmasına həsr olunmuş görüşdə danışıb.
“Tanrının köməyi ilə, vaxtı gələndə, Şimali Qəzzada, təxliyyə edilmiş yaşayış məntəqələrinin yerində pioner qrupları da yaradacağıq. Biz praktik suverenlik dövründəyik. Burada uzun müddətdir mövcud olmayan imkanlar var. Biz Qəzzanın dərinliyindəyik və heç vaxt Qəzzanı tərk etməyəcəyik. Belə bir şey baş verməyəcək. Biz baş verənlərin qarşısını almaq üçün buradayıq” – İsrailin Müdafiə Nazirliyinin rəhbəri bildirib.