İsrael Kats İranın kəşfiyyat naziri Esmail Xatibin öldürüldüyünü bildirir
İsrael Kats İranın kəşfiyyat naziri Esmail Xatibin öldürüldüyünü bildirir

 

İranın kəşfiyyat naziri Esmail Xatib öldürülüb. Bu haqda “Reuters” İsrailin müdafiə naziri İsrael Katsa istinadən xəbər verir.

İsrael Kats İranın kəşfiyyat nazirinin gecə edilən hücumda öldürüldüyünü bildirib.

İsrael Katsın dediyi kimi, o və İsrailin Baş naziri Benyamin Netanyahu hərbçilərə əlavə razılaşdırma olmadan hədəf aldıqları istənilən digər yüksək vəzifəli İran rəsmilərini öldürməyə icazə veriblər.

İran tərəfi hələlik Esmail Xatibin ölümünü təsdiqləməyib.