İsrael Kats – Biz İranın enerji obyektlərinə zərbə vurmaq istəyirik, lakin ABŞ iqtisadi və enerji risklərinə görə hücumu həyata keçirməyə imkan vermir

20:12, 28.07.2026

 

Biz İranın enerji obyektlərinə zərbə vurmağı çox istəyirik, lakin ABŞ bu mərhələdə iqtisadi və enerji risklərinə görə hücumu həyata keçirməyə imkan vermir – bu barədə İsrailin müdafiə naziri İsrael Kats bəyan edib, “CNN” xəbər verir.

İsrael Kats bildirib ki, Vaşinqton belə hücumların İran tərəfindən qonşu ölkələrə cavab zərbələrinə və qlobal neft böhranına səbəb ola biləcəyindən ehtiyat edir.

Kats həmçinin bildirib ki, İrana zərbələr endirmək üçün Amerika qırıcıları və yanacaqdolduran təyyarələri İsrail ərazisindən fəaliyyət göstərir.

“İran regionda bir ölkədən – İsraildən başqa bütün ölkələrə hücum edir. Bilirlər ki, Amerika qırıcıları və yanacaqdolduran təyyarələri İrana zərbələr endirmək üçün buradan havalanacaqlar” – İsrailin müdafiə naziri bildirib.

Oxşar