İsrael Kats – ABŞ-nin tələbi halında belə, İsrail Cənubi Livandan qoşunlarını çıxarmayacaq
ABŞ-nin tələbi halında belə, İsrail Cənubi Livandan qoşunlarını çıxarmayacaq – bu haqda İsrailin müdafiə naziri İsrael Kats bildirib.
Onun sözlərinə əsasən, Cənubi Livanın təhlükəsizlik zonalarında yol kənarında bombalar və İsrail əsgərlərinə qarşı hücumlar olub.
“Təxliyyə edilmiş 200 000 Livan sakini evlərinə geri qayıtmayacaq, çünki keçmişdə mülki əhalinin də olduğu təhlükəsizlik zonalarında yol kənarında bombalar və İsrail əsgərlərinə qarşı hücumlar olub. Biz buna icazə verməyəcəyik, biz çəkilmirik” – İsrailin müdafiə qurumunun rəhbəri qeyd edib.