İspaniyanın müxalifət partiyasının lideri – Pedro Sançesdən milli təhlükəsizliyimizi, ərazi bütövlüyümüzü, dinc yanaşı yaşamağımızı qorumasını tələb edirəm, onun bütün resursları var, geriyə yalnız əmrləri vermək qalır

19:00, 31.07.2026

 

Pedro Sançesdən milli təhlükəsizliyimizi, ərazi bütövlüyümüzü, dinc yanaşı yaşamağımızı qorumasını tələb edirəm – bu haqda İspaniyanın müxalifət partiyasının lideri Alberto Nunies Feixoo bildirib.

“Xalq Partiyası”nın sədri sosial şəbəkədə yaydığı bəyanatda ölkənin hazırkı baş nazirinin addımlarını zəif qiymətləndirib və daha çox reaksiya verməyə çağırıb.

“Baş nazir kimi onun bütün lazımi təsir vasitələri və resursları var, geriyə yalnız əmrləri vermək qalır. Baş verənlər nə qədər ciddi olsa da, hökumətin reaksiyası zəifdir” — Alberto Nunies Feixoo qeyd edib.

Məlumat üçün bildirək ki, son 24 saat ərzində İspaniyanın Şimali Afrikadakı anklavı Seutaya Mərakeşdən təxminən 49 min miqrant daxil olub. Buna cavab olaraq İspaniya hökuməti təhlükəsizlik məqsədilə anklava əlavə ordu bölmələrinin yerləşdiriləcəyini izah edib.

Oxşar