İspaniyanın müdafiə və xarici işlər nazirləri bildirirlər ki, İspaniya Hörmüz boğazında hərbi missiyada iştirak etməyəcək, çünki İran əleyhinə İsrail-ABŞ müharibəsini qanunsuz hesab edir
İspaniya Hörmüz boğazında hərbi missiyada iştirak etməyəcək, çünki İran əleyhinə İsrail-ABŞ müharibəsini qanunsuz hesab edir. Bu barədə İspaniyanın müdafiə və xarici işlər nazirləri açıqlama veriblər. Məlumatı Reuters yayıb.
İspaniyanın müdafiə naziri Margarita Robles qeyd edib ki, İspaniya belə bir addımı dəstəkləməyəcək:
“İspaniya heç vaxt müvəqqəti tədbirlərə qoşulmayacaq. Əsas məqsəd müharibənin başa çatması və indi dayandırılmasıdır”, – deyə Robles bildirib.
Həmçinin, İspaniyanın xarici işlər naziri Xose Manuel Albarez vurğulayıb ki, boğazdakı vəziyyət Avropa üçün ciddi narahatlıq doğurur, lakin Avropa İttifaqının mövqeyi belə olmalıdır ki, müharibə iqtisadi maraqlara baxmayaraq başa çatmalıdır.
“Biz əlavə gərginlik yarada biləcək və ya vəziyyətin eskalasiyasına səbəb ola biləcək addım atmaq istəmirik”, – deyə Albarez bildirib.
Reuters yazır ki, Avropa İttifaqının bir neçə üzvü, o cümlədən Almaniya, İtaliya və Yunanıstan, Hörmüz boğazında hərbi əməliyyatlarda iştirak etməyəcəyini artıq açıqlayıb.