İspaniyanın xarici işlər naziri – Seutaya qanunsuz daxil olmuş bütün miqrantlar sonda Mərakeşə qaytarılacaq
İspaniyanın xarici işlər naziri Xose Manuel Albares keçən həftə İspaniya ərazisinə qanunsuz daxil olan miqrantların əksəriyyətinin anklavı artıq tərk etdiyini bildirib.
“Əraziyə daxil olanların mütləq əksəriyyəti artıq Mərakeşə qayıdıb. Sonda hamı geri qaytarılacaq”– Albares qeyd edib.
Bununla yanaşı, İspaniyanın Xarici İşlər Nazirliyinin rəhbəri İspaniya ilə Şengen vizasız gediş-gəliş rejimini dayandıran İtaliyanın mövqeyini tənqid edib.
“Gözləntiləri doğrultmayan ölkələr, gözləntiləri doğrultmayan hökumətlər var idi. İtaliya hökuməti də onlardan biri idi” – Albares bildirib.
O bildirib ki, Seuta və Melilya heç vaxt Şengen zonasının bütövlüyü üçün təhlükə yaratmayıb.
“Seuta və Melilya heç vaxt, bir dəfə də olsun Şengen zonasının bütövlüyü üçün təhlükə olmayıb. Lakin mən regionlardakı digər təhlükələrin və sərhədlərin şəffaflığının Şengen zonasına necə təsir etdiyini görmüşəm. İspaniya hər zaman həmrəylik nümayiş etdirib” – Albares bildirib.
Bununla yanaşı, Albares avropalıları və İspaniyanın siyasi qüvvələrini Seuta və Melilya məsələsində birliyə çağırıb.
Məlumat üçün bildirək ki, son günlərdə on minlərlə miqrant Mərakeş ərazisindən İspaniyanın Seuta anklavına daxil olmağa cəhd edib. Yerli hakimiyyət orqanlarının qiymətləndirməsinə əsasən, şəhərə qanunsuz olaraq təxminən 60 min nəfər daxil olub. Seutada baş verən miqrasiya böhranı nəticəsində 88 nəfər həlak olub.