İspaniyanın dəmir yolu həmkarlar ittifaqları yeni, 24 saatlıq tətil elan edib

20:05, 17.11.2026

 

İspaniyanın dəmir yolu həmkarlar ittifaqı yeni, 24 saatlıq tətil elan edib. Medianın məlumatına əsasən, həmkarlar ittifaqı Toledo əyalətində 69 nəfərin həyatına son qoyan qəzaya görə tətil elan edib.

Dəmir yolu əməkdaşları təhlükəsizlik şəraitinin yaxşılaşdırılmasını və daha yaxşı iş şəraiti tələb edirlər.

Tətil bu gün səhər yerli vaxtla saat 10:30-da başlayıb və sabah başa çatacaq.

Medianın məlumatında, hazırda Madriddən dəmir yolu daşımalarının 98%-nin dayandırıldığı, Barselonada isə qatarların yalnız 40%-nin fəaliyyət göstərdiyi deyilir.

Məlumat üçün bildirək ki, oktyabrın 28-də səhər saatlarında Toledo əyalətində iki qatar toqquşub. Göyərtədə 540-dan çox sərnişin olub. Son məlumata əsasən, qəza nəticəsində 69 nəfər həlak olub.

Oxşar