İspaniyanın Baş nazirinin qardaşı nepotizm işində təqsirli bilinib və 9 il müddətinə dövlət qulluğunda vəzifə tutması qadağan edilib
İspaniyanın Baş naziri Pedro Sançesin qardaşı Devid Sançes nepotizm işində təqsirli bilinib və 9 il müddətinə dövlət qulluğunda vəzifə tutması qadağan edilib.
Məhkəmə müəyyən edib ki, 2017-ci ildə Badaxos əyalətinin administrasiyasında Devid Sançes üçün qeyri-qanuni olaraq dövlət qulluğu vəzifəsi yaradılıb və onun təyinatı prosesi inzibati qaydaların pozulması ilə həyata keçirilib, bu da nepotizm və vəzifə səlahiyyətindən sui-istifadə əlamətlərini ehtiva edirdi.
Devid Sançesin özü və baş nazir ittihamları rədd edirdilər və işi siyasi motivli adlandırırdılar.
“Reuters”in yazdığı kimi, bu qərar hökuməti və ən yaxın ətrafı son iki il ərzində korrupsiya araşdırmaları və qalmaqallarla üz-üzə qalan İspaniyanın sosialist Baş nazirinə yeni siyasi zərbə vurur.
Məlumat üçün bildirək ki, ötən il Sançesin həyat yoldaşına qarşı da korrupsiya ittihamı irəli sürülüb. Beqonya Qomesə qarşı istintaq iki il davam edib. O, nüfuzdan sui-istifadə etməkdə, korrupsiyada və vəsaitlərin mənimsənilməsində ittiham olunur.