İspaniyadan olan beynəlxalq müşahidəçi - Səsvermə prosesi uğurla davam edir, insanlar səs vermək hüququndan istifadə edirlər, ümid edirəm ki, proses belə demokratik şəkildə davam edəcək
İspaniyadan olan beynəlxalq müşahidəçi - Səsvermə prosesi uğurla davam edir, insanlar səs vermək hüququndan istifadə edirlər, ümid edirəm ki, proses belə demokratik şəkildə davam edəcək

 

Seçki məntəqəsi açılıb, səsvermə prosesi uğurla davam edir, insanlar seçki məntəqəsinə gedib səs vermək hüququndan istifadə edirlər – bu barədə Gürcüstanda hazırda keçirilən özünüidarəetmə seçkilərini müşahidə edən beynəlxalq müşahidəçi, İspaniya Senatının üzvü, Luis Xesus Uribe-Eçebaria Apalatequisluis deyib.

“Bu prosesin belə demokratik şəkildə davam edəcəyinə böyük ümidim var.

Gürcüstan azad, təhlükəsiz, rəqabətli və şəffaf yollarla, beynəlxalq standartlara uyğun olaraq seçki proseslərinə demokratik şəkildə qoşulmağa davam edir” – müşahidəçi bildirib.