İspaniyada sürət qatarlarının toqquşması nəticəsində həlak olanların sayı 39-a qədər yüksəlib, ən azı 170 nəfər yaralanıb
İspaniyada sürət qatarlarının toqquşması nəticəsində həlak olanların sayı 39-a qədər yüksəlib, ən azı 170 nəfər yaralanıb

 

İspaniyada sürət qatarlarının toqquşması nəticəsində həlak olanların sayı 39-a qədər yüksəlib.

Medianın məlumatına əsasən, hadisə nəticəsində ən azı 170 nəfər yaralanıb, onlardan 75-i xəstəxanada müalicə olunur. Medianın yazdığı kimi, yaralılardan 15-nin vəziyyəti ağırdır.

Hadisə cənubi İspaniyada Kordova şəhəri yaxınlığında baş verib. Yayılmış məlumata əsasən, təxminən 300 sərnişinin olduğu Malaqadan Madrid istiqamətində gedən sürət qatarı relsdən çıxıb və əks istiqamətdə Madriddən Uelva istiqamətində gedən sürət qatarı ilə toqquşub. “BBC”nin məlumatında, toqquşmanın qatarın Malaqadan yola düşməsindən təxminən on dəqiqə sonra baş verdiyi deyilir. Hadisədən sonra, Madrid və Əndəlüs arasında dəmir yolu hərəkəti dayandırılıb.