İspaniyada son 24 saat ərzində koronavirusun 390 yeni halı aşkar edildi
İspaniyada son 24 saat ərzində koronavirusun 390 yeni halı aşkar edildi. Bu isə, 22 maydan sonra qeydə alınan ən yüksək göstəricidir.
Yeni halların əksəriyyəti ölkənin şimal-şərqində qeydə alındı.
Virusun yayılmasından bu günə qədər, ispaniyada koronavirusun 256 494 halı aşkar edilib, 28 413 insan vəfat edib.