İspaniyada son 24 saat ərzində, koronavirusdan 809 nəfər həyatını itirib
İspaniyada son 24 saat ərzində, koronavirusdan 809 nəfər həyatını itirib

İspaniyada son 24 saat ərzində, koronavirusdan 809 nəfər həyatını itirib.

“Covid-19”-dan ölənlərin sayı İspaniyada 11 744-ə çatıb.

Bu barədə məlumatı “El pais” İspaniya Səhiyyə Nazirliyinə istinadən yayır.

Son göstəricilərə görə, ölkədə tam olaraq, koronavirusa yoluxmanın 124 min halı qeydə alınıb.

Son 24 saat ərzində isə, 7026 hal qeydə alınıb.

Koronavirusdan sağalanların sayı 34 219-dir.

6 532 pasiyent isə, intensiv terapiya bölməsindədir.