İspaniyada meşə yanğınları nəticəsində 12 nəfər həlak olub, 6 nəfər isə yaralanıb

10:40, 10.07.2026

İspaniyada baş verən meşə yanğınları nəticəsində 12 nəfər həlak olub, 6 nəfər isə yaralanıb.

Yanğın ölkənin cənub-şərqində, Almeriya vilayətinin Los Qalyardos bələdiyyəsində baş verib.

Hadisə şahidlərinin sözlərinə görə, yanğına ehtimal ki, zədələnmiş elektrik ötürücü xətti səbəb olub. Bundan sonra alov sürətlə yaxınlıqdakı meşə massivinə yayılıb. Lakin yanğının başvermə səbəbi hələlik rəsmi şəkildə təsdiqlənməyib.

Yanğının söndürülməsinə təxminən 150 yanğınsöndürən cəlb olunub. Min nəfərdən çox sakin təxliyə edilib.

Cənubi Avropada güclü isti hava dalğası davam edir. İspaniya, Fransa və Portuqaliyada havanın temperaturu 40 dərəcəyə çatır ki, bu da müxtəlif bölgələrdə genişmiqyaslı meşə yanğınlarına səbəb olur.

Oxşar