İspaniyada meşə yanğınları ilə mübarizə aparırlar
İspaniyada meşə yanğınları ilə mübarizə aparırlar

 

İspaniyada meşə yanğınları ilə mübarizə aparırlar, Leon bölgəsində vəziyyət ağırdır. Ölkənin daxili işlər naziri avropalı tərəfdaşları yardım etməyə çağırıb, bir yanğınsöndürən-xilasedici həlak olub, bir neçə nəfər isə xəstəxanaya yerləşdirilib.

İspaniyanın AEMET meteorologiya agentliyi əhaliyə xəbərdarlıq edib ki, ölkənin demək olar ki, bütün ərazisində son dərəcə yüksək yanğın riski var.

İspaniyada yüksək temperatur artıq 10-cu gündür davam edir. Avqustun 12-də havanın temperaturu 45 dərəcəyə çatıb.

Meteorologiya Agentliyi yüksək temperaturun avqustun 18-dək davam edəcəyi haqda məlumat verib.