İspaniyada mənzil böhranı və yüksək kirayə qiymətlərinə qarşı miqyaslı etiraz aksiyaları davam edir
İspaniyada mənzil böhranı və yüksək kirayə haqqına qarşı genişmiqyaslı etiraz aksiyaları davam edir.
İspaniya Parlamentinin hökumət tərəfindən təşəbbüsü irəli sürülən iki qanun layihəsini dəstəkləməməsindən sonra dünən axşam Madridin mərkəzinə minlərlə nümayişçi çıxıb.
Bu gün ölkənin 50-dən çox şəhərində aksiyaların keçirilməsi planlaşdırılır.
Əhalinin etirazı, yeni sahibi kirayə haqqını 275% artırana qədər onilliklər boyu Madriddəki mənzilində yaşayan 87 yaşlı təqaüdçü Marin Karmen Abaskalın evdən çıxarılması ilə başladı. Fakt, ölkə miqyasında etiraz dalğasına səbəb oldu, Madridin mərkəzi meydanında isə çadırlar şəhərciyi quruldu.
İnkişaf edən hadisələr baş nazir Pedro Sançesin azlıq hökumətinin gələcəyini də sual altına qoyub. Müxalifət dərhal növbədənkənar seçki təyin edilməsini tələb edir, mediada yayılan məlumata əsasən isə ciddi təzyiq və korrupsiya qalmaqalları fonunda Sançes növbədənkənar seçkilərin keçirilməsini ciddi şəkildə nəzərdən keçirə bilər.