İspaniyada iki sürət qatarının toqquşması nəticəsində ən azı 21 nəfər həlak olub
İspaniyada iki sürət qatarının toqquşması nəticəsində ən azı 21 nəfər həlak olub

 

İspaniyada iki sürət qatarının toqquşması nəticəsində ən azı 21 nəfər həlak olub, onlarla insan isə yaralanıb. Bu haqda məlumatı “BBC” yayır.

Media, hadisənin cənubi İspaniyada Kordova şəhəri yaxınlığında baş verməsi haqda məlumat verir. Yayılmış məlumata əsasən, təxminən 300 sərnişinin olduğu Malaqadan Madrid istiqamətində gedən sürət qatarı relsdən çıxıb və əks istiqamətdə Madriddən Uelva istiqamətində gedən sürət qatarı ilə toqquşub.

Əndəlüs təcili yardım xidmətlərinin məlumatına əsasən, ən azı 25 nəfər ağır yaralanıb, qalanları isə yüngül xəsarətlər alıb.

“BBC”nin məlumatında, toqquşmanın qatarın Malaqadan yola düşməsindən təxminən on dəqiqə sonra baş verdiyi deyilir. Nəticədə, Madrid və Əndəlüs arasında dəmir yolu hərəkəti dayandırılıb.