İspaniyada iki irimiqyaslı meşə yanğını ilə mübarizə aparılır

17:14, 19.07.2026

İspaniyada meşə yanğınları 10 min hektara yaxın ərazini məhv edib, nəticədə 16 kəndin təxliyəsi zəruri olub. Bu barədə “Euronews” məlumat yayıb.
Məlumata görə, İspaniyanın şimal-şərq və mərkəzi bölgələrində iki irimiqyaslı meşə yanğını hələ də davam edir. Fövqəladə xidmətlərin əsas qüvvələri Qvadalaxara əyalətində La Mierla yaxınlığında və Saraqosa əyalətində Ores yaxınlığında baş verən yanğınların söndürülməsinə cəlb olunub.
Hər iki yanğın bu il İspaniyada qeydə alınan ən iri meşə yanğınları sırasındadır. Medianın məlumatına görə, ilin əvvəlindən bəri İspaniyada meşə yanğınları təxminən 50 min hektar meşə və kənd təsərrüfatı sahəsini məhv edib.

Oxşar