İspaniyada iki irimiqyaslı dəmir yolu qəzasından sonra dəmir yolunun əməkdaşları tətil elan ediblər
İspaniyada iki irimiqyaslı dəmir yolu qəzasından sonra dəmir yolunun əməkdaşları tətil elan ediblər

 

İspaniyada iki irimiqyaslı dəmir yolu qəzasından sonra dəmir yolunun əməkdaşları tətil elan ediblər. Bu haqda bəyanatı dəmir yolu işçilərinin həmkarlar ittifaqları yayıblar.

Həmkarlar ittifaqları əməkdaşlar üçün təhlükəsizlik zəmanətləri və dəmir yolu şəbəkəsinin etibarlılığının təmin edilməsini tələb edirlər.

Həmkarlar ittifaqlarının bəyanatında qeyd olunduğu kimi, onlar həmçinin İspaniyada son günlərdə baş verən dəmir yolu qəzalarına görə, təhlükəsizliyə cavabdeh olan şəxslərə qarşı cinayət təqibinin başlanmasını tələb edirlər.

Bununla yanaşı, həmkarlar ittifaqları qəzalardan sonra ağır emosional vəziyyətdə olan əməkdaşlara rəhbərliyi məlumatlandırmaq, maşinistlərə isə işə başlamazdan əvvəl marşrutun təhlükəsizliyinə dair möhkəm zəmanət tələb etmələri üçün müraciət edirlər.

Medianın yazdığı kimi, həmkarlar ittifaqları tərəfindən elan edilən tətildə bütün dəmir yolu işçiləri iştirak edəcəklər.

Məlumat üçün bildirək ki, İspaniyada son bir neçə gün ərzində iki irimiqyaslı dəmir yolu qəzası baş verib. Kordoba şəhəri yaxınlığında iki sürət qatar toqquşub, nəticədə 39 nəfər həlak olub, 170-yə yaxın insan isə yaralanıb.

Həmçinin, dünən gecə Barselona yaxınlığında sərnişin qatarı relsdən çıxıb, bir nəfər həlak olub və ən azı 20 nəfər yaralanıb.