İspaniyada qatar maşinistləri tətil ediblər, reyslərin təxminən 40%-i ləğv edilib

18:18, 10.11.2026

 

İspaniyada qatar maşinistləri tətil ediblər, bu səbəbdən ölkədə dəmir yolu hərəkətində fasilələr yaranıb.

İspaniyanın dövlət dəmir yolu operatoru “Renfe”, noyabrın 10-da uzaq və orta məsafəli xidmət reyslərinin təxminən 40%-nin ləğv edildiyinə, bunun da 4 042 sərnişinə zərər vurduğuna dair məlumat verir. Madriddə sərnişin daşınması xidmətlərinin 90%-i, Barselonada isə yerli xidmətlərin 50%-i ləğv edilib.

“Reuters”in məlumatına əsasən, qatar maşinistləri bu il İspaniyada iki dəmir yolu qəzasının baş verməsi fonunda ölkənin dəmir yolu infrastrukturuna investisiyaların artırılmasını tələb edirlər. Maşinistlər təhlükəsizlik sistemlərinin yaxşılaşdırılmasının vacib olduğunu bəyan edirdilər.

Məlumat üçün bildirək ki, oktyabrın 28-də Toledo əyalətində iki qatar toqquşub. Göyərtədə 540-dan çox sərnişin olub. Qəza nəticəsində 69 nəfər həyatını itirib. Qəzanın ehtimal olunan səbəbi siqnalizasiya sisteminin nasazlığına reaksiya verərkən insan səhvi olub.

Yanvarın 18-də isə İspaniyanın cənubunda, Kordoba şəhəri yaxınlığında sürət qatarı relsdən çıxıb və əks istiqamətdə hərəkət edən qatarla toqquşub. Qəza 46 nəfərin həyatına son qoyub, 290 nəfər yaralanıb. Qatarda 300 sərnişin olub.

Oxşar