İspaniyada elektrik enerjisinin qəza səbəbiylə kəsilməsi nəticəsində fövqəladə vəziyyət elan olundu

10:34, 29.04.2025

İspaniyada fövqəladə vəziyyət elan olunub. Bu barədə ölkənin daxili işlər naziri bildirib.

Nazirin sözlərinə görə, fövqəladə vəziyyət o regionlara şamil olunacaq ki, onlar bunu özləri tələb ediblər.

“BBC” yazır ki, bu vaxtadək fövqəladə vəziyyətin elan olunmasını Madrid, Andalusiya və Ekstremadura tələb ediblər.

Eyni zamanda, İspaniyanın elektrik şirkəti “Red Electrica” bildirir ki, elektrik enerjisinin verilməsi artıq əhalinin 20 faizindən çoxuna bərpa olunub.

Xatırladaq ki, 28 aprel tarixində İspaniyada və Portuqaliyada elektrik enerjisi kəsildi, bu da hər iki ölkədə problemlərə səbəb oldu. İspaniyanın baş nazirinin sözlərinə görə, elektrik enerjisinin kəsilməsinin səbəbi hələ məlum deyil. Portuqaliyanın energetika şirkəti isə bildirir ki, ölkədə elektrik enerjisinin kəsilməsi, ola bilər, İspaniyanın elektrik şəbəkəsindəki nasazlıqla bağlı olsun və elektrik enerjisinin tam bərpası bir həftə çəkə bilər.

Oxşar