İspaniyada dəmir yolu qəzasından sonra Pedro Sançesi istefaya çağırırlar
İspaniyada dəmir yolu qəzasından sonra Pedro Sançesi istefaya çağırırlar

 

İspaniyada dəmir yolu qəzasından sonra ölkənin baş naziri Pedro Sançesi istefaya çağırırlar. Madrid regional hökumətinin rəhbəri və “Xalq Partiyası”nın üzvü İzabel Diaz Aiuso müvafiq çağırışla çıxış edib.

Regional hökumətin rəhbəri Pedro Sançesi vəzifələrini başqalarına həvalə etməkdə ittiham edir. Onun sözlərinə əsasən, ölkədə baş verən dəmir yolu qəzasına görə məsuliyyət daşıyan nəqliyyat departamentinin rəhbər şəxslərini məhz İspaniyanın baş naziri dəyişib.

Aiuso həmçinin nəqliyyat nazirinin istefasını tələb edir. Onun bəyanatına əsasən, nazir baş nazir kimi qəzaya görə
jurnalistlər, müxtəlif qurumlar və şirkətlər də daxil olmaqla başqalarını günahlandırır.

Məlumat üçün bildirək ki, İspaniyada yanvarın 25-də Malaqadan Madrid istiqamətində gedən sürət qatarı relsdən çıxıb və başqa qatarla toqquşub. Qəza nəticəsində 45 nəfər həlak olub. İstintaqa əsasən, dəmir yolu qəzasının səbəbi relsdə aşkarlanan zədə olub.