İspaniyada dəmir yolu qəzasına görə üçgünlük matəm başladı

10:35, 29.10.2026

 

İspaniyada dəmir yolu qəzasına görə üçgünlük matəm başladı.

Bununla yanaşı, bu gün qatar maşinistləri tətil keçirəcəklər. Həmkarlar ittifaqının bəyanatına əsasən, aksiya dəmir yolunun təhlükəsizliyini qorumaq üçün keçirilir.

“BBC” qəzanın təfərrüatlarını dərc edir. Nəşrin məlumatına əsasən, Madriddən Sevilyaya gedən iki sürət qatarı eyni relsdə hərəkət edirmiş. Özəl “Iryo” operatoruna məxsus və içərisində 147 sərnişinin olduğu birinci qatar kompyuter nasazlığı səbəbindən yolda dayanıb.

Nəqliyyat naziri Oskar Puente, belə hallarda qatarların idarə olunmasını Madridin 24 saatlıq mərkəzinin öz üzərinə götürdüyünü bildirib. Nazir izah edib ki, mərkəz “anlaşılmaz” qərar qəbul edib və qatarlara sürət məhdudiyyəti qoymadan yola davam etməyi tapşırıb. Nəticədə, arxadan gələn və içərisində 397 sərnişinin olduğu dövlət şirkəti “Renfe”yə məxsus qatar dayanmış “Iryo” qatarına arxadan çırpılıb. Azı 68 nəfər həlak olub. Qurbanların böyük hissəsinin şəxsiyyəti isə hələ də müəyyənləşdirilməyib.

Oxşar