İspaniyada daşqınlar nəticəsində həlak olanların sayı 95-ə qədər artıb

10:28, 31.10.2024

 
İspaniyada daşqınlar nəticəsində həlak olanların sayı 95-ə qədər artıb. Onlardan 92 nəfəri Valensiyada təbii fəlakətdə həyatını itirib.

İspaniyanın Təhlükəsizlik və Fövqəladə Hallar Departamenti hava şəraitinin pisləşməsi ilə əlaqədar əhaliyə yenə də xəbərdarlıq edir.

Kastelion, Valensiya və Alikantedə əhali üçün sarı, eləcə də qırmızı xəbərdarlıq səviyyələri elan edilib. Daşqınlar nəticəsində onlarla munisipaliteti su basıb, yollar və magistrallar bağlanıb, körpülər dağılıb.

Ölkənin baş naziri daşqınları şərh edib. Pedro Sançes “Dana” fırtınası ilə əlaqədar vətəndaşları son dərəcə diqqətli olmağa çağırıb. O, həmçinin İspaniyanı əsrin ən güclü fırtınasının vurduğunu qeyd edib.

Oxşar