İspaniyada daşqın qurbanlarının sayı 158-dək artıb

21:18, 31.10.2024

 
İspaniyada daşqın qurbanlarının sayı 158-dək artıb. İspaniya mediası, təbii fəlakət nəticəsində Valensiyada 155, Kastilia-La-Mançada 2 və Əndəlüsdə 1 nəfərin həlak olması haqda məlumat verir.

Xilasetmə qrupları axtarış işlərini bir neçə yerdə davam etdirirlər. İspaniyanın müdafiə naziri Marqarita Robles, itkin düşənlərin axtarışının prioritet olduğunu bildirib. Robles ciddi şəkildə zərər görmüş Valensiyanın Paiporta və Masana şəhərlərindən bəhs edib.

İspaniyanın Müdafiə Departamenti təbii fəlakət zonasına 1205 hərbi qulluqçu, 300 avtomobil, 15 helikopter və 18 pilotsuz uçuş aparatı göndərib. Bu vaxtadək 100-dən çox insan xilas edilib.

Oxşar