İspaniyada, Barselona metrosunda yanğın baş verib, nəticədə də 100-dən çox insana tibbi yardım lazım gəlib

13:54, 28.07.2026

 

İspaniyada, Barselona metrosunda yanğın baş verib, nəticədə də 100-dən çox insana tibbi yardım lazım gəlib. Yerli medianın məlumatına əsasən, sərnişinlərin təxliyəsi fövqəladə xidmətlərin köməyi ilə həyata keçirilib, bundan sonra da yanğınsöndürənlər yanğını söndürə biliblər.

Təxliyə olunan 120 sərnişindən 115-i səhhətində problemlər olduğunu bildirib, onların 20-si isə tibb müəssisəsinə aparılıb.

Hadisə yerinə Barselona Yanğınsöndürmə Xidmətinin 22 heyəti və təcili tibbi yardımın 24 briqadası cəlb olunub.

Barselona metropoliteninin icraçı direktoru Xavier Flores Qarsiya, metro tunelində alovun saat 17:30-da qatardan göründüyünü bildirib. Onun sözlərinə əsasən, yanğına tunel örtüyünün bir hissəsinin qopması səbəb olub.

Baş verənlərə görə “Glories” stansiyası bağlanıb, “Clot” stansiyasında qatarların hərəkəti dayandırılıb.

Yayılan məlumata əsasən, hadisə nəticəsində tələfat olmayıb.

Oxşar