İspaniya Xarici İşlər naziri - Gürcüstanın Avropa İttifaqı və NATO-nun tamhüquqlü üzvlüyünə doğru cəhdlərini dəstəkləyirik
İspaniya, Gürcüstanın Avropa İttifaqı və NATO-nun tamhüquqlü üzvlüyünə doğru cəhdlərini dəstəkləyir, – bu barədə İspaniya Xarici İşlər naziri, Jozef Borel Fonteliyes Madriddə, gürcü həmkarı ilə keçirilən mətbuat konfransında bəyan etdi. Məlumatı Gürcüstan Xarici İşlər Nazirliyi yayır.
İdarənin məlumatına görə, iki ölkənin Xarici İşlər nazirləri Gürcüstan-İspaniya əlaqələrinə yüksək dəyərləndirmə verdilər.
Nazirlər bir daha, hər iki ölkənin suverenliyi və ərazi bütövlüyünə dəstəklərini ifadə etdilər. David Zalkalianinin bəyan etdiyinə görə, İspaniya beynəlxalq arenada Gürcüstanın suverenliyi və ərazi bütövlüyünün möhkəmləndirilməsi işində əhəmiyyətli dəstək göstərir.
David Zalkaliani İspaniyalı həmkarını Gürcüstanın işğal olunmuş ərazisində mövcud durum ilə təffərüatlı tanış etdi. Bununla yanaşı nazir, münaqişənin sülh yolu ilə həll olunmasının vacibiyini xüsusilə qeyd etdi.
David Zalkaliani Jozef Borel Fonteliyesi, cari ilin iyulunda Batumiyə dəvət etdi.