İspaniya Ukraynaya 20 zirehli transportyor və dörd “Leopard” tankını verəcək
İspaniya Ukraynaya 20 zirehli transportyor və dörd “Leopard” tankını verəcək, – bu barədə İspaniyanın Müdafiə naziri, Marqarita Robles “Rammstein formatında” Ukrayna müdafiə təmas qrupunun iclasında bəyan etdi.
Bununla yanaşı, İspaniya Ukraynaya səhra hospitalını da verəcək. Hospitalın fəaliyyətinə cavabdeh olacaq Ukraynalı hərbçilər İspaniyada lazımi təlim keçəcəklər.
İspaniyanın Müdafiə nazirinin dediyinə görə, ölkənin davamlı sülh cəhdində Ukraynaya dəstəyi lazım olduğu müddətcə sarsılmaz olaraq qalacaq.