İspaniya təhlükəsizlik məqsədilə İraqda yerləşdirilmiş 200 əsgəri Türkiyə və digər ölkələrə köçürüb
İspaniya Müdafiə Nazirliyi bildirir ki, İspaniya təhlükəsizlik məqsədilə İraqda yerləşdirilmiş 200 əsgəri Türkiyə və digər ölkələrə köçürüb.
Məlumata görə, təxminən 100 nəfərlik İspaniya əsgərlərindən ibarət qrupu Yaxın Şərqdə davam edən müharibə fonunda artıq Türkiyənin təhlükəsiz zonalarına köçürülüb. Daha sonra əsgərlər Türkiyədən, ABŞ hava bazası vasitəsilə İspaniyaya yola salınacaqlar.
Margarita Robles-in sözlərinə görə, qərar NATO müttəfiqləri ilə koordinasiya əsasında qəbul edilib.
İraqda yerləşdirilmiş əsgərlər beynəlxalq əməliyyatın və NATO-nun İraq missiyasının tərkibinə daxil idilər, məqsəd isə İraqın təhlükəsizlik qüvvələrinin gücləndirilməsidir.