İspaniya Seutada miqrantların qarşısını almaq üçün üzən baryer quraşdırır

17:20, 01.08.2026

 

İspaniya hökumətinin bəyanatına əsasən, Mərakeş sərhədi yaxınlığında, Seuta hissəsində 500 metrlik üzən hava ilə doldurulan baryerin quraşdırılmasına başlanılıb. Hakimiyyət bu qərarı şəhərə on minlərlə miqrant daxil olduqdan sonra qəbul edib. Bu barədə İspaniya mediası yazır.

İspaniyanın Daxili İşlər Nazirliyinin məlumatına əsasən, avqustun 1-də səhər saatlarında işlər Taraxal dalğaqıranında başlayıb.

Müdafiə kompleksinin əsas elementi 500 metr uzunluğunda hava ilə doldurulan üzən baryerdir. Onun suyun üzərindəki hissəsinin hündürlüyü 30 santimetrdən 70 santimetrədəkdir, sualtı hissəsi isə bir metrədək dərinliyə enir. Konstruksiya ölkənin Hərbi Dəniz Qüvvələri tərəfindən təmin edilən, dibə kabel və lövbərlə bərkidilmiş şamandıralarla əlavə olaraq möhkəmləndirilib. Yeni baryerin hissələri arasında xüsusi keçid saxlanılıb, bu da Mülki Qvardiyanın patrul katerlərinə akvatoriyaya maneəsiz nəzarət etməyə və baryerin təhlükəsizliyini və bütövlüyünü 24 saatlıq rejimdə təmin etməyə imkan verəcək.

İspaniyanın Daxili İşlər Nazirliyinin rəsmi məlumatlarına əsasən, Afrikanın şimal sahilində yerləşən İspaniyanın muxtar Seuta şəhərinə Mərakeşdən 50 min miqrant gəlib. Seuta hakimiyyətinin qiymətləndirməsinə əsasən isə onların sayı 60 minədək olub. Seutaya qanunsuz gələn təxminən 48,3 min miqrant Mərakeşə qaytarılıb.

Oxşar