İspaniya hökuməti miqrasiya və sığınacaq verilməsi haqqında qanunvericilikdə islahatın aparılmasını nəzərdə tutan qanun layihəsini təsdiqləyib

22:12, 25.08.2026

 

İspaniya hökuməti miqrasiya və sığınacaq verilməsi haqqında qanunvericilikdə islahatın aparılmasını nəzərdə tutan qanun layihəsini təsdiqləyib.

Ölkənin daxili işlər naziri Fernando Qrande-Marsalkanın izahına əsasən, qanun layihəsinin məqsədi “İspaniya qanunvericiliyini Avropa İttifaqının Miqrasiya və Sığınacaq Paktına uyğunlaşdırmaqdır”.

İslahat həmçinin Avropa İttifaqına üzv ölkələr üçün məcburi olan, qeyri-qanuni miqrantların geri qaytarılması məqsədilə seçmə konsepsiyasının tətbiqini nəzərdə tutur.

Avropa reqlamenti qaytarılma proseduru çərçivəsində müraciət edənin ölkə ərazisini nə vaxt tərk edəcəyi müəyyənləşdirilənədək miqrantın saxlanma təcridxanasında qalması üçün maksimum 7 gün vaxt müəyyən edir. İspaniyada isə bu müddət 72 saatdır və onun uzadılması yalnız hakimin qərarı ilə mümkündür. Daxili işlər naziri Fernando Qrande-Marsalka bildirib ki, 72 saatlıq müddət artırılmayacaq.

Oxşar