İspaniya hökuməti İtaliya hökumətindən avqustun 9-dək İspaniyadan gələn sərnişinlər üçün tətbiq edilən sərhəd nəzarətini ləğv etməyi tələb edir

18:19, 07.08.2026

 

İspaniya hökuməti İtaliya hökumətindən avqustun 9-dək İspaniyadan gələn sərnişinlər üçün tətbiq edilən sərhəd nəzarətini ləğv etməyi tələb edir – bu barədə məlumatı “Euronews” yayır.

Medianın məlumatına əsasən, sənəddə bu tədbirin ədalətsiz, Avropa İttifaqının maraqlarına zidd olduğu və İspaniya vətəndaşlarına qarşı diskriminasiya xarakteri daşıdığı qeyd olunur.

İspaniyanın Baş nazirinin ofisində bəyan edirlər ki, əgər İtaliya qeyd olunan məhdudiyyətləri aradan qaldırmasa, Madrid öz vətəndaşlarının maraqlarını qorumaq üçün “mütənasib cavab tədbirləri” görəcək, lakin bu tədbirlərin nəyi əhatə etdiyi dəqiqləşdirilmir.

İspaniyada bəyan edirlər ki, İtaliyanın avqustun 1-də qəbul etdiyi qərar “saxta arqumentlərə əsaslanır”, Şengen Sərhəd Məcəlləsinə və faktlara ziddir.

İspaniya hökumətinin bəyanatına əsasən, ötən həftə Seutaya qanunsuz daxil olan miqrantların heç birinə Şengen zonasında sərbəst hərəkət etmək hüququ verilməyib, çünki Seutanın xüsusi statusu var.

Madriddə həmçinin miqrantların əksəriyyətinin artıq Mərakeşə qayıtdığını bəyan edirlər.

Oxşar