İspaniya dəmir yolu qəzası nəticəsində həlak olanların ailələrinə təzminat şəklində 20 milyon avro ayıracaq
İspaniya dəmir yolu qəzası nəticəsində həlak olanların ailələrinə təzminat şəklində 20 milyon avro ayıracaq

 

İspaniya dəmir yolu qəzasının qurbanlarının ailələrinə təzminat şəklində, ümumilikdə 20 milyon avro ödəyəcək.

Medianın məlumatına əsasən, həlak olanların ailələri maksimum üç ay ərzində 216 000 avro alacaqlar. Bununla yanaşı, yaralılar da maddi təzminat alacaqlar. Məlum olduğu kimi, onlar dəymiş ziyana uyğun olaraq 2400 avrodan 84 000 avroya qədər maddi təzminat alacaqlar.

Məlumat üçün bildirək ki, İspaniyada yanvarın 18-də Malaqadan Madrid istiqamətində gedən sürət qatarı relsdən çıxıb və başqa qatarla toqquşub. Qəza nəticəsində 45 nəfər həlak olub. Hadisə nəticəsində 150-dən çox insan yaralanıb. İstintaqa əsasən, dəmir yolu qəzasının səbəbi relsdə aşkarlanan zədə olub.