İspaniya Avropalı turistlər üçün sərhədləri açacaq
İspaniya Avropalı turistlər üçün sərhədləri açacaq

İspaniya Avropalı turistlər üçün sərhədləri açacaq. “BBC”-nin yaydığı məlumata görə, bundan sonra İspaniyaya Avropa İttifaqının, həmçinin şengen zonasının üzv ölkələrinin və Böyük Britaniyanın vətəndaşları gedə bilərlər.

Lakin, İspaniya baş nazirinin bəyan etdiyinə görə, gigiyena normalarının müdafiəsi sərt şəkildə nəzarət olunacaq. Aeroportda sərnişinin temperaturunu ölçəcəklər və xəstəliyi tarixi barəsində suallar verəcəklər.

Bu mərhələdə, Lissabonun tələbi ilə, Portuqaliya ilə sərhəd bağlı qalır.