İspaniya Avropa İttifaqı-İsrail Assosiasiya Sazişinin dərhal dayandırılmasını tələb edir, İtaliya buna qarşıdır
İspaniya Avropa İttifaqı-İsrail Assosiasiya Sazişinin dərhal dayandırılmasını tələb edir, İtaliya buna qarşıdır

 

İspaniyanın xarici işlər naziri Xose Manuel Alvares jurnalistlərə deyib ki, Avropa İttifaqı Şurasından İsraillə assosiasiya sazişinin dərhal dayandırılmasını xahiş edir. Diplomat buna səbəb kimi Qəzza sektorunda insan hüquqlarının pozulması faktlarını göstərib.

Nazir həmçinin qeyd edib ki, Şuradan İsrailə silah satışına embarqo qoyulmasını və İsrail–Fələstin münaqişəsinin iki dövlətin yaradılmasına əsaslanan həllinə balta vuran şəxslərə qarşı sanksiyaların tətbiqini təsdiqləməyi xahiş edir.

Bununla yanaşı, İtaliyanın xarici işlər naziri Antonio Taiani bildirir ki, Roma Avropa İttifaqı-İsrail Assosiasiya Sazişinin dayandırılmasının əleyhinədir.

“Mövqeyimiz İspaniyanın mövqeyindən fərqlənir” – Taiani Brüsseldə avropalı həmkarları ilə görüşün kulislərində deyib. Taiani əlavə edib ki, İsraillə münasibətləri qoruyub saxlamaq vacibdir, çünki bu, Qəzza sektorundan vətəndaşların təxliyyəsinə kömək edir.