İşlə təmin edilməyə imkanların yaradılması agentliyinin məlumatına görə, vətəndaşların məqsədyönlü soasial yardımının verilməsi davam etdirilir, o cümlədən pandemiyanın ikinci dalğası nəticəsində iş yerlərini itirən vətəndaşlar üçün.
Agentliyin məlumatına görə, bu gün üçün, may ayının 200 larilik yardımı 109 086 şəxsə, 21 817 200 lari həcmində köçürüldü.
“Cari il ərzində yanvar ayının təzminat məbləği 106 489 şəxsə, 21 277 800 lari həcmində; fevral ayının 140 029 şəxsə, 28 005 800 lari həcmində; mart ayının 130 683 şəxsə, 26 136 600 lari həcmində köçürüldü. Aprel ayına gəldikdə, 200 larilik yardın 120 496 şəxsə, 24 099 200 lari həcmində köçürüldü.
Gürcüstan hökumətinin anti-krizis iqtisadi planı çərçivəsində, 2021-ci ilin yanvarından kirayələnmiş işlə təmin olunan işsiz qalan vətəndaşlar 6 ay ərzində hər ayı 200 larilik yardım alacaqlar. Məlumat üçün, altıncı (sonuncu) ayın təzminatın köçürülməsi qalıb, hansını da gürcüstan vətəndaşları iyunda alacaqlar”, – işlə təmin edilməyə imkanların yaradılması agentliyinin məlumatında deyilir.