İslandiyanın xarici işlər naziri bildirir ki, əhali ölkənin Avropa İttifaqına üzvlüyü ilə bağlı danışıqların yenilənməsini dəstəkləyir
İslandiyanın əhalisi ölkənin Avropa İttifaqına üzvlüyü ilə bağlı danışıqların yenilənməsini dəstəkləyir. Bu barədə ölkənin xarici işlər naziri Torqerdur Katrin Qunarsdotir Avropa Komissiyasının prezidenti Ursula fon der Laienin İslandiyaya səfərindən əvvəl deyib.
Qunarsdotir geosiyasi vəziyyət nəzərə alınmaqla, İslandiyanın Avropa İttifaqına üzvlüyü ilə bağlı danışıqların yenilənməsinin həyati əhəmiyyət daşıdığını bildirib.
“Deyərdim ki, danışıqların yenilənməsinə əhali dəstək verir” – İslandiyanın xarici işlər naziri bildirib.
“Politico”nun yazdığı kimi, ilin əvvəlində keçirilən sorğuya əsasən, İslandiya vətəndaşlarının 58%-i ölkənin Avropa İttifaqına üzvlüyü ilə bağlı danışıqların yenilənməsini dəstəkləyir. Lakin, İslandiyanın Avropa İttifaqına üzvlüyünün tərəfdarı 45%-dir, 35% buna qarşıdır, 20% isə cavab verməkdən çəkinir.
Məlumat üçün bildirək ki, İslandiyanın koalisiya hökuməti 2024-cü ilin dekabrında ölkənin Avropa İttifaqına üzvlüyü məsələsi ilə bağlı referendum keçirmək niyyətində olduğunu bəyan edib.
İslandiyanın xarici işlər naziri əhalinin referendumda İslandiyanın Avropa İttifaqına üzvlüyünü dəstəkləyəcəyi təqdirdə, İslandiya xalqına inandığını bildirib.
İslandiya 2009-cu ildə Avropa İttifaqına üzvlük üçün müraciət edib, lakin Reykyavikin tələbi ilə danışıqlar 2015-ci ildə dayandırılıb. O zaman İslandiya hökuməti bu qərarını avrozonanın uğursuzluğu ilə izah etmişdi.